Güləşçimiz Zaqrebdə çempion olub

  Bölmə: Güləş | 132 | 21:31 08-09-2019
Güləşçimiz Zaqrebdə çempion olub

Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

İlk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib. Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.


Digər xəbərlər