Xorvatiyanın baş məşqçisi: "Ancaq bunu niyə edə bilmədilər, onu anlamadım"

  Bölmə: Xarici futbol | 173 | 00:02 10-09-2019
Xorvatiyanın baş məşqçisi: "Ancaq bunu niyə edə bilmədilər, onu anlamadım"

Azərbaycan millisini oyuna və nəticəyə görə təbrik edirəm. Qarşılaşmaya yaxşı başladıq, şanlarımız da kifayət qədər idi.

Bu sözləri futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. “İlk qoldan sonra fərqi artıra da bilərdik, lakin rəqib qapıçı komandasını qollardan xilas etdi. İkinci hissədə bunun əksi baş verdi, biz yaxşı oynamadıq. Əvəzində Azərbaycan millisi fasilədən sonra hadisələrin gedişini xeyrinə dəyişdi və hesabı bərabərləşdirdi. Çox istəkli, aqressiv idilər, meydanda mübarizə apardılar, əzmkarlıq göstərdilər. Rəqibimiz bizimlə ilk oyunda da yaxşı çıxış etmişdi. Hətta həmin görüşdən sonra millinizin qrupumuzdakı digər rəqiblərlə oyunlarda da xallar qazanacağını düşünürdüm. Ancaq bunu niyə edə bilmədilər, onu anlamadım. Bugünkü nəticə məyusedici olsa da, barışmalı və növbəti oyunlar haqda düşünməliyik”, deyə xorvatiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, sentyabrın 9-da “Bakcell Arena”da təşkil olunan Azərbaycan-Xorvatiya oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və millimiz “Avro 2020”nin seçmə mərhələsində ilk xalını qazanıb.


Digər xəbərlər