Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Həmkarlar İttifaqı ( AFFA Hİ ) təsis olunub

  Bölmə: Maqazin | 601 | 06:34 12-09-2019
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Həmkarlar İttifaqı ( AFFA Hİ ) təsis olunub

Sentyabrın 11-də Azərbaycan Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) təsis konfransı keçirilib.

OLİMPSPORT xəbər verir ki, konfransda 6 məsələ səsə qoyulub. Əfqan Həmzəyevin sədrliyi ilə keçirilən iclasda  birinci məsələ AFİHİ-in adı dəyişilərək Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Həmkarlar İttifaqı olması haqda olub. Daha sonra həmkarlar ittifaqı komitəsinə üzvlərin seçilməsi səsə qoyulub. Üçüncü məsələ isə təftiş komissiyasının yaranması olub. Gündəlikdə duran 5-ci məsələ AFFA Hİ-nin nizamnaməsi, Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə təyinat isə konfransın sonuncu səs verməsi olub.

Beləliklə, gündəlikdə duran bütün məsələlər səs vermə yolu ilə aşağıdakı qaydada öz həllini taparaq təsis olunub.

1.Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Həmkarlar İttifaqı(AFFA Hİ) təsis edildi.

2. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Naib Abdulla, Babək Alxasov, Asəf Namazov, Orucəli Durmyşov, Anar Xanlarov, Novil İsmayılov və Boris Xetaqorov Həmkarlar İttifaqı Komitəsinin üzvləri seçildi.

3. Əhmədağa Cabbar, İman Həsənov və Səfər Əhədov təftiş komissiyasının üzvləri seçildi.

4. AFFA Hİ-nin nizamnaməsi təsdiqləndi.

5. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Həmkarlar İttifaqı Komitəsinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının tərkibinə daxil olması və Respublika Komitəsi tərəfindən xidmətə götürülməsi qərara alındı.

6. Nazim Süleymanov AFFA Hİ-nin sədri seçildi

Qeyd edək ki, AFFA Hİ təsis olunduğu günə qədər Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqı adı altında fəaliyyət göstərib. Tədbir günü isə, Azərbaycan Futbol İctimaiyyəti Həmkarlar İttifaqı  (AFİHİ) adı altında təsis konfransı keçirilib. 


Digər xəbərlər