Güləşçilərimiz dünya çempionatında ilk görüşlərini keçirib

  Bölmə: Güləş | 281 | 11:52 14-09-2019
Güləşçilərimiz dünya çempionatında ilk görüşlərini keçirib

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb. İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutur.

Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib.

Elman Muxtarov startda erməni rəqibinə uduzub.

Sənan Süleymanov debütdə Xorvatiya idmançısını üstələyib. Həmyerlimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisiylə görüşdə 3:5 hesabıyla geridə olsa da, möhtəşəm geridönüş edib. Ancaq 1/4 finalda macar rəqibiylə bacarmayıb.

Rafiq Hüseynov təsnifat mərhələsində Moldova təmsilçisini məğlub edib. Ukrayna idmançısı da yığmamızın üzvünə müqavimət göstərə bilməyib. Təcrübəli pəhləvanımız 1/4 finalda yerli güləşçini də məyus edərək adını yarımfinala yazdırıb.

55 kq

1/8 final - Eldəniz Əzizli - Manjet Manjet (İND) 8:0

1/4 final - Eldəniz Əzizli - Davaabandi Munx Erdene (MGL)

63 kq

1/8 final - Elman Muxtarov - Slavik Qalstyan (ARM) 7:16

72 kq

Təsnifat - Sənan Süleymanov - Dominik Etlinger (CRO) 2:0

1/8 final - Sənan Süleymanov - Yuri Lomadze (GEO) 11:5

1/4 final - Sənan Süleymanov - Balint Korpasi (HUN) 0:6

82 kq

Təsnifat - Rafiq Hüseynov - Mihail Bradu (MDA) 6:0

1/8 final - Rafiq Hüseynov - Yuri Şkriuba (UKR) 7:0

1/4 final - Rafiq Hüseynov - Maxat Yerejepov (KAZ) 7:1

1/2 final - Rafiq Hüseynov - ?

Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür: https://unitedworldwrestling.org/event/world-championships-36 Qeyd edək ki, yarımfinal görüşləri İTV vasitəsilə canlı nümayiş etdiriləcək.


Digər xəbərlər