"Qəbələ" gözlənilmədən qələbə qazanıb

  Bölmə: Ölkə futbolu | 465 | 11:19 15-09-2019
"Qəbələ" gözlənilmədən qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçirilib.

"Sabah" klubu turnir cədvəlinin autsayderi "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Elmar Baxşiyevin "qırmızı qaralar"ın baş məşqçisi kimi debüt etdiyi qarşılaşmanın taleyini Roman Hüseynovun 47-ci dəqiqədə vurduğu qol həll edib.

Beləliklə, ardıcıl 3 məğlubiyyətdən sonra ilk qələbəsini qazanan "Qəbələ" 7-ci pilləyə yüksəlib. Hesabında 2 xalı olan "Sabah" isə sonuncu - səkkizinci yerə enib.

Qeyd edək ki, həftənin ilk oyununda "Zirə" "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.


Digər xəbərlər