"Neftçi" rəhbərliyi və R.Bordin hələ ki, "istefa" şüarlarına məhəl qoymur

  Bölmə: Ölkə futbolu | 299 | 09:24 16-09-2019
"Neftçi" rəhbərliyi və R.Bordin hələ ki, "istefa" şüarlarına məhəl qoymur

İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istənilən ritmdə çıxış etmədi. Müdafiədə yaxşı oynayan zaman qol buraxdıq. Hesab 2:0 olarkən irəli atıldıq. 1:0 olanda isə imkanlarımız oldu, amma istifadə edə bilmədik.

Bu sözləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasında IV turunda “Qarabağ”a (2:0) məğlub olduqları görüşdən sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

İtalyan məşqçi deyib: “Rəqib əks hücumlarda imkan qazandı. Bəzi oyunçuların qol şansları oldu. “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə yüksək templə oynamaq lazımdır. Tempi aşağı salmaq çətin olur. Təhlükəli epizodlar yaratdıq. Qol buraxandan sonra yaxşı oynamağa başladıq, bunun səbəbini bilmirəm”. Baş məşqçi rəqibin qapıçısı Asmir Beqoviçin hava ötürmələrində üstün oynamasına münasibət bildirib: “Biz də istəmirdik ki, o hava toplarını asanlıqla tutsun. Futbolçularımın da qapıya yaxşı zərbələri oldu”.

İtaliyalı məşqçi əlavə edib ki, “Qarabağ”ın hansı gücdə olduğunu bilirlər: “Rəqib həm büdcə, həm də klub cəhətdən güclüdür. Komanda qələbə də qazanar, məğlub da olar”.

Bordin deyib ki, “Neftçi”nin hədəfi dəyişməyib: “Yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə istəyimizə çata bilmədik. Bu mövsümə də yaxşı başlamamışıq. O demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəl Rusiya “Arsenal”ına qarşı əla oynadıq. Həmin oyunu göstərmək istəyirik. “Neftçi”də bu oyun istəksizlik var idi”.

Qeyd edək ki, oyunun ikinci hissəsində "Neftçi" azarkeşləri dayanmadan doğma klublarına qarşı "istefa" şüarları səsləndiriblər. "Neftçi" rəhbərliyi və baş məşqçi R.Bordin hələ ki, "istefa" şüarlarına məhəl qoymur.


Digər xəbərlər