Dünya çempionatı güləşçilərimiz üçün uğursuz startla davam edir

  Bölmə: Güləş | 210 | 13:02 16-09-2019
Dünya çempionatı güləşçilərimiz üçün uğursuz startla davam edir

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə - 67, 87 və 97 kq-da mübarizəyə start verilib.

Taleh Məmmədov təsnifat mərhələsində Bolqarıstan təmsilçisinə uduzub.

Elvin Mürsəliyev ilk görüşdə gürcü güləşçiyə qalib gəlib. Ancaq daha sonra iranlı pəhləvanla bacarmayıb.

Beka Kandelaki ilk mərhələdə belaruslu rəqibini "tuşe" ilə üstələyib. Beka 1/8 finalda alman idmançıyla görüşdə 7:0 öndə olsa da, böyük üstünlüyü əldən verərək yenilib.

60 kq

Təsnifat - Taleh Məmmədov - İva Serafimov Angelov (BUL) 0:4

77 kq

1/16 final - Elvin Mürsəliyev - Gela Bolkvadze (GEO) 8:0

1/8 final - Elvin Mürsəliyev - Məhəmmədəli Abdulhəmid Gerayi (İRİ) 0:7

130 kq

Təsnifat - Beka Kandelaki - Pavel Rudaku (BLR) 4:0 (tuşe)

1/8 final - Beka Kandelaki - Eduard Popp (GER) 7:17


Digər xəbərlər