Türkiyə Superliqası: "Fənərbağça" səfərdə məğlub olub

  Bölmə: Ölkə futbolu | 244 | 10:28 17-09-2019
Türkiyə Superliqası: "Fənərbağça" səfərdə məğlub olub

Sentyabr 16-da futbol üzrə Türkiyə Superliqasının IV turunun son qarşılaşmasında "Fənərbağça" səfərdə "Alanyaspor"un qonağı olub.

 "Bağçaşəhər Okulları" stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı 39-cu dəqiqədə İstanbul təmsilçilərinin yarımmüdafiəçisi Tolqa Ciyərçi açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Papiss Demba Cisse hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib.

İkinci hissənin 46-cı dəqiqəsində "Alanyaspor"un hücumçusu Papiss Demba Cisse özünün və komandasının ikinci qolunu vurub. Oyunda son nöqtəni 62-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Junior Fernandes qoyub.

Beləliklə "Fənərbağça" səfərdə "Alanyaspor"a 3:1 hesabı ilə məğlub olub. Bu oyundan sonra "Fənərbağça" çempionatda 7 xalla 3-cü pillədə


Digər xəbərlər