Nəhayət ki, güləşdən olimpiadaya ilk lisenziyanı qazandıq

  Bölmə: Güləş | 559 | 12:15 17-09-2019
Nəhayət ki, güləşdən olimpiadaya ilk lisenziyanı qazandıq

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. 

Nəhayət ki, güləşdən olimpiadaya ilk lisenziyanı qazandıq. Bunu 1/4 final mərhələsində rusiyalı rəqibinə tam üstünlüklə qalib gələn Mariya Stadnik qazanıb və 1/2 final mərhələsinə vəsiqə qazanıb.  Bu o deməkdir ki, güləşçimiz bundan sonra hansı nəticəni göstərməyindən asılı olmayaraq "Tokio-2020" Olimpiya Oyunlarında iştirak etmək  hüququ əldə edib.  

Qeyd edək ki, yarışın  reqlamentinə görə dünya çempionatında 5-ci yerə qədər olimpiadaya lisenziya verilir.

50 kq

1/4 final: Mariya Stadnik (AZE)-Yekatirina Poleşuk (RUS) 11:0 


Digər xəbərlər