Mundial : Bu gün mübarizə aparan qadın güləşçilərimizdən ikisi məğlub olub, ikisi isə 1/8-ə yüksəlib

  Bölmə: Güləş | 341 | 11:16 18-09-2019
Mundial : Bu gün mübarizə aparan qadın güləşçilərimizdən ikisi məğlub olub, ikisi isə 1/8-ə yüksəlib

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start verilib.

Alyona Kolesnik dünya çempionatına inamlı start verib. İkinci hissəyə başlayan kimi uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisinə “tuşe” ilə qalib gəlib. Lakin növbəti mərhələdə Şimali Koreya təmsilçisiylə bacarmayıb.

Tatyana Omelçenko ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib.

Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb. Ancaq həmyerlimiz 1/8 finalda alman həmkarına müqavimət göstərə bilməyib.

57 kq

Təsnifat - Alyona Kolesnik - İrina Çixradze (UKR) 5:0 (tuşe)

1/8 final - Alyona Kolesnik - İn Sun Yonq (PRK) 0:11

59 kq

Təsnifat - Tatyana Omelçenko - Ana Paulina Mokeyava (NZL) 6:0 (tuşe)

1/8 final - Tatyana Omelçenko - Ti Huonq Dao (VİE)

65 kq

1/8 final - Elis Manolova - Kaur Navyot (İND)

76 kq

Təsnifat - Səbirə Əliyeva - Eunyu Hvanq (KOR) 5:2

1/8 final - Səbirə Əliyeva - Aline Rotter Fokker (GER) 0:11


Digər xəbərlər