Mundial : Hacı Əliyev ilk görüşünü güclü Rusiya idmançısı ilə keçirəcək

  Bölmə: Güləş | 428 | 15:10 18-09-2019
Mundial : Hacı Əliyev ilk görüşünü güclü Rusiya idmançısı ilə keçirəcək

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Çempionatın altıncı yarış günündə - sentyabrın 19-da qadın güləşində 62, 68, sərbəst güləşdə isə 57 və 65 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək.

Sentyabrın 18-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Elmira Qəmbərova (62 kq) rumıniyalı Krişta Tunda İnçe, İrina Netreba (68 kq) Yuvette Zie (Burkina-Faso), Mahir Əmiraslanov (57 kq) Qırğızıstan təmsilçisi Ulukbek Joldoşbekov, Hacı Əliyev (65 kq) isə Rusiya güləşçisi Hacımurad Rəşidov ilə qarşılaşacaq.

Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.


Digər xəbərlər