Anar Xanlarov: "AFFA-nın yeni yaranan həmkarlar təşkilatına və onun üzvlərinə təzyiqləri davam edir"

  Bölmə: Ölkə futbolu | 532 | 16:21 18-09-2019
Anar Xanlarov: "AFFA-nın yeni yaranan həmkarlar təşkilatına və onun üzvlərinə təzyiqləri davam edir"

Gözlənildiyi kimi AFFA-nın yeni yaranan həmkarlar təşkilatına və onun üzvlərinə təzyiqləri davam edir. "Kəpəz"də məşqçi işləyən Vidadi Rzayevə təşkilatdan çıxmaq tələbi qoyulub.Deyilib ki bunu etməsə "Kəpəz"dəki işini itirə bilər.

OLİMPSPORT xəbər verir ki, bu fikirləri futbol yazarı Anar Xanlarov öz feysbuk səhifəsində bildirib.

Onun digər fikirlərini olduğu kimi oxuculara təqdim edirik : "Bundan başqa Səmədağa Şıxlarovun Kazbek Tuayevin rəhbərlik etdiyi və 8 mk-da yerləşən futbol məktəbində məşqçi işləyən bacısı oğluna da təzyiqlər başlayıb. Uzun müddət AFFA-da çalışmış və buradan təqaüdə çıxmış Orucəli Durmuşova da təşkilatdan çıxmayacağı təqdirdə təqaüdünün kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilib. Budur sivil mübarizə? Budur bizə qanun dərsi keçənlərin qanuni fəaliyyəti? Vidadi Rzayev futbol veteranı kimi futbol ictimaiyyətinin həmkarlar təşkilatına üzv olması sizi niyə narahat edir ki? Yaxud Səmədağa Şıxlarovun bu təşkilata üzvlüyünün onun qohum-əqrabasına nə dəxli var? Yoxsa represiya dövrünə qayıtmışıq bizim xəbərimiz yoxdur? Danışanda bu təşkilatı tanımırsınız saya qoymursunuz ciddi qəbul etmirsiniz. Bəs elədirsə onun varlığından niyə bu qədər narahatsınız? Baxıram zaman keçdikcə hələ çox şeylər üzə çıxacaq".


Digər xəbərlər