AFFA Həmkarlar İttifaqı növbəti toplanışını keçirib

  Bölmə: Ölkə futbolu | 1371 | 17:16 18-09-2019
AFFA Həmkarlar İttifaqı növbəti toplanışını keçirib

AFFA Futbol İctimaiyyətinin Həmkarlar Təşkilatının idarə heyəti növbəti toplanışını keçirib.

Toplantıya Nazim Süleymanov sədrlik edib. Toplantıda idarə heyətinin üzvlərindən Səmədağa Şıxlarov Novruz Əzimov Babək Alxasov Əfqan Talıbov Orucəli Durmuşov İman Həsənov Ramil Babayev və Anar Xanlarov iştirak ediblər.

İlk öncə heyətlə bağlı məsələyə baxılıb. Əhmədağa Cabbarov hazırda çalışdığı məktəblərin birində həmkarlar təşkilatına üzv olduğundan onun idarə heyətində təmsil olunmağı düzgün hesab olunmayıb. Çünki qanuna görə bir şəxs eyni anda iki həmkarlar təşkilatına üzv ola bilməz. Onun əvəzinə Əfqan Həmzəyevin namizədliyi irəli sürülüb və heyətə yeni üzv seçilməsi təsdiqlənib.

Daha sonra təşkilatın gələcək planları və atılacaq addımlar müzakirə olunub. Bunların arasında təşkilatın daimi məkan seçimi media və ictimaiyyətlə iş prinsipləri eləcə də bir sıra ictimai görüşlərinin proqramı müzakirə olunub. İdarə heyəti sentyabrın sonuna kimi daha bir toplantı keçirməyə qərar verib.


Digər xəbərlər