Qurban Qurbanov: "Düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdir"

  Bölmə: Ölkə futbolu | 523 | 17:41 18-09-2019
Qurban Qurbanov: "Düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdir"

Sabah UEFA Avropa Liqasının 2019/2020-ci illər mövsümünün qrup oyunlarına start veriləcək. Ölkəmizi bu turnirdə təmsil edəcək Ağdamın "Qarabağ" komandası İspaniyanın "Sevilya" klubunu doğma meydanda qəbul edəcək. Bu gün oyun öncəsi mətbuat konfransında baş məşqçi Qurban Qurbanov fikirlərini açıqlayıb. 

Qurban Qurbanov: "Sevilya" kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidi. 1 ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq. Baxmayaraq ki, “Sevilya” Avropa Liqasında çıxış edir, düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdir. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik".

 


Digər xəbərlər