Miçel: "Bu gün bu barədə danışmağa vaxtımız olacaq"

  Bölmə: Ölkə futbolu | 1420 | 23:04 18-09-2019
Miçel: "Bu gün bu barədə danışmağa vaxtımız olacaq"

“Sevilya” kimi bir komandaya qarşı mübarizə aparmaq çox xoşdur. Keçən mövsümün sonunda baş məşqçilərin dəyişildiyini bilirik. Bir çox futbolçu klubdan ayrılsa da, əvəzinə güclü oyunçular cəlb olunub.

Bu sözləri “Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madera İspaniya təmsilçisi “Sevilya” ilə qarşılaşacaqları UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçından öncə təşkil olunmuş mətbuat konfransında söyləyib.

O deyib: Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək fərqli hissdir. Turnirboyu bütün oyunlardan zövq almağa, azarkeşlərimizi sevindirməyə və uğurlu nəticə göstərməyə çalışacağıq. Üç gün əvvəl çempionat matçımız var idi, həmin oyuna köklənmişdik. Bu gün bu barədə danışmağa vaxtımız olacaq. Çox güclü klubla üzləşəcəyik. Mən “Sportinq Xixon” və “Xetafe”ni təmsil edərkən “Sevilya” klubu ilə qarşılaşmışam. Yaxşı və pis xatirələr olub. Həm qalib gəlmişik, həm də uduzmuşuq. “Sevilya” UEFA Çempionlar Liqasında oynamağa can atan komandadır”.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək “Qarabağ”-“Sevilya” qarşılaşması saat 20:55-də başlayacaq. Ağdamlıların digər rəqibi Lüksemburq təmsilçisi “Düdelanj” isə səfərdə Kiprin APOEL komandası ilə mübarizə aparacaq.


Digər xəbərlər