Mundial : Hacı Əliyev ilk görüşündə müəmmalı şəkildə məğlub oldu

  Bölmə: Güləş | 474 | 09:55 19-09-2019
Mundial : Hacı Əliyev ilk görüşündə müəmmalı şəkildə məğlub oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sərbəst güləş üzrə  65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev rusiyalı rəqibinə mübahisəli hakim qərarları ilə məğlub olub. Belə ki, lövhədə hesab 4:3 təmsilçimizin lehinə olduğu halda rusiyalı məşqçilər bu hesabla razılaşmayaraq etiraz ediblər. Etiraza baxıldıqdan sonra hakimlər hesabı dəyişərək 2:4 Hacımurad Rəşidovun lehinə qərar çıxarıblar.

Qeyd edək ki, qərarla razılaşmayan üçqat dünya çempionumuz hakimə əl uzatmadan xalçanı əsəbi şəkildə tərk edib.

65 kq   

TƏSNİFAT-Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 2:4+


Digər xəbərlər