Naib Abdulla: "Elxan Məmmədovun 1 nömrəli sevimlisi K.Tuayev bizimkilərin evini yıxmaqda onun ən yaxın məsləhətçisidir"

  Bölmə: Ölkə futbolu | 1512 | 19:47 20-09-2019
Naib Abdulla: "Elxan Məmmədovun 1 nömrəli sevimlisi K.Tuayev bizimkilərin evini yıxmaqda onun ən yaxın məsləhətçisidir"

AFFA Həmkarlar İttifaqının təftiş komitəsinin üzvü Naib Abdulla öz feysbuk səhifəsində veteran futbolçu Kazbek Tuayev haqqında tənqidi fikirlər paylaşıb.

OLİMPSPORT həmin fikirləri olduğu kimi oxuculara təqdim edir.

Naib Abdulla:"Azərbaycan Futbolunda Kazbek sindromu. Ay futbol adına rəhbər vəzifə tutub, futbolun bugünki rəzil durumuna xəcalət çəkməyənlər və bu acı mənzərəni seyr edən məzlum futbol "mütəxəsisləri" Sözüm hər iki tərəfədir.İndi sizə və tamaşaçılara söhbət açacağım şəxs Azərbaycan Futbolunu şikəst günə salan AFFA-nın ərköyünü,Azərbaycan Gənclər İdman Nazirliyinin tabeliyində olan Uşaq Futbol Məktəbinin 30-35 illik rəhbəri,3-5 ildən bir Azərbaycan hökümətindən ev,mükafat qapışdıran,başına 1-2 erməni əsilli toplayıb Azərbaycan Futbolunu qara günə qoyan "əvəzolunmaz" şəxs Kazbek Tuayev haqqdadır.O Kazbek Tuayev ki onun yaşında olan futbol adamlarını yaşı ilə əlaqədar çoxdan təqaüdə göndərmişik ki, getsin bir az da nəvələri ilə oynasın.Əslində ağıllı Kazbek Tuayev 79 yaşında hamıdan yaxşı qazanır və nəvələrinə də bizdən fərqli olaraq istədiyi yardımı edə bilir.Azərbaycanda doğulub böyüməsinə,azərbaycan dilində orta məktəbi oxumasına baxmayaraq,azərbaycan dilində bir kəlmə danışmaz, azərbaycanlılara həmişə nifrət edər,aşağılayar.Azərbaycanın pulundan başqa heç nəyini sevməz, bütün məsəllələrə münasibətdə eqosunu gizlətməz.Kazbek heç kimə salam verməz,ayrılarkən heç kimlə sağollaşmaz,xeyirə şərə yaramaz.Amma atasından qalma mülkiyyəti kimi idarə etdiyi Futbol məktəbini öz "abyekti" kimi idarə edir. Hətta "Kazbek özümüzünkülərdən çox-çox yaxşıdır" səxavətini də qazanıb.Çünki stadionu ,binas,futbola aid heç bir avadanlığı olmayan Kazbekin Futbol məktəbi özü və bir də kreslodan ibarət olsa da səlahiyyət diapazonu geniş olan bir "səxavət" məktəbidir. Beləliklə rəhbəri olduğu məktəbin 40-50 ölü canlar məşqiçi korpusu vastəsi ilə o qədər şişirdilib ki, Kazbeki AFFA İcrayyə komitəsinin üzvü,Prezident mükafatçısı ,şöhrət ordenli toxunulmaz personaya çevrilib. AFFA -nın baş katibi Elxan Məmmədovun 1 nömrəli sevimlisi K. Tuayev " bizimkilərin evini yıxmaqda onun ən yaxın məsləhətçisidir.Adı Kazbekin məktəbində çörək pulu alan ölücanlar siyahısında "məşqiçi" korpusunda yer alanları, Azərbaycan futbolunun bu günki durumu və bu duruma salınmaqda özlərinin fəaliyyətsizliyi qətiyyən ilgiləndirmir. Özünü "məşqiçi "adlandıran bu Zümrə "məşqiçi" kollektivi Azərbaycan Futbolunun aqoniya vəziyyətində can verməsinə ağzıayrıq tamaşa edirlər. Günahı özlərində yox kənarda axtarırlar. Onun məktəbində çalışan mağmun durumda olan, məzlum məşqiçilər bir şey bilir Kazbek özümüzünkülərdən yaxşıdır.Görürsünüz, deyilişdən də məlum olur ki, heç kəs Kazbeki özümüzünki hesab eləmir,necə ki, Kazbek bizi özünə yaraşdırıb özünü bizlərdən hesab etmir. Diqqət edin bu məktəb necə fəaliyyət göstərir:Bu "məktəbin"məşqiçilərinin bir çoxunun adı burada ölücan olaraq maaş almaqla qeyd olunub. Bəziləri isə müxtəlif stadionları arendaya götürüb valideyinlərdən pul yığmaqla pullu quruppa düzəldib məşq keçirlər. Belə isə dövlətin sizə ayırdığı büdcə vəsaitini niyə talan edirsiniz? Belə çıxır ki Kazbek ona himayədarlıq edən Gənclər İdman Nazirliyinin səxavəti sayəsində əlahiddə imtiyazlara malikdir.Ay Gənclər İdman Naziri Azad Rəhimov niyə 40 illik fəaliyyəti olan məktəbin rəhbəri Kazbekin yaxasından tutub soruşmursunuz ki ,hanı 40 ilə hazırladığın 1 nəfər futbolçu.Azərbaycanda alababat bir futbolçu ortalığa çıxan kimi hamı deyir mənim yetirməmdir. Gecə qara cücə qara birinin də adını sən çək ay Kazbek. Onsuz da utanmaq hissini yaddan çıxarmısınız? Halbu ki, Lixtenşteyinə 1-0 uduzan Azərbaycan futbolunun başında duranların hamısı, o cümlədən Kazbek də daxil olmaqla bu gün bu soruna cavab verməli idi ki,neçə ildir Azərbaycan dövləti sənin olmayan məktəbinə milyonlarla vəsait ayırıb, bu büccə vəsaitini nə üçün ata malı kimi hara gəldi paylayırsan.Kazbekin himayəsində "mərhəmətinə" büzüşərək sığınan futbol adamları isə, arada- bərədə qeybət etməklə,( guya ki təsüb hissi bunları partladır), bu "kusokdan" imtina edib, bu şəriklikdən azad olmaq əvəzinə, ona buna pıçıltı ilə söz deməklə, bu jurnaldan o jurnala adlar köçürməklə öz işlərin bitmiş hesab edirlər. Kazbek də tapılmaz tikə kimi 2-3 yerdə işləməklə, söz sahibi olaraq hər yerdə yuxarı başa çəkilərək ,sizləri, bötövlükdə isə milləti bədbəxt etməkdə davam edir.Niyə düşünmürsünüz ki, hərəniz bir yerdən Qurbanpayı almaqla, Kazbeklərin bizi millət kimi məhv etməsinə yardımçı olub şərait yaradırsınız. Əslində isə, Kazbekin məktəbindən yuxarı yaş qrupundan 11 nəfər futbolçunu bir məşqiçi götürüb gedib Lixtenşteyini bir ayaqlı udub gəlməli idilər. Sizlərin sayəsində Kazbeklərin "səxavəti" hələ bizim kimi insanları çox-çox milli qürura, milli ruha aid olan məsələlərə həsrət qoyacaq, xəcalətli yaşadacaq, Allah sizi həmişə xəcalətli eləsin".


Digər xəbərlər