Azərbaycanın bu günə qədər "Tokio 2020" Olimpiya Oyunlarına qazandığı lisenziyanın sayı bəllidir

  Bölmə: Olimpiya Növləri | 766 | 20:51 21-09-2019
Azərbaycanın bu günə qədər  "Tokio 2020" Olimpiya Oyunlarına qazandığı lisenziyanın sayı bəllidir

Azərbaycan 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb.

Sentyabrın 21-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında çıxış edən sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) ölkəmizin aktivinə beşinci lisenziyanı yazdırıb.

Bundan əvvəl atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçümüz Maksim Şemberev, qadın güləşçi Mariya Stadnik (50 kq) və bədii gimnast Zöhrə Ağamirova Olimpiadaya vəsiqəni təmin ediblər.

“Tokio 2020” gələn ilin avqustun 24-dən avqustun 9-dək keçiriləcək.


Digər xəbərlər