Azərbaycan Premyer Liqası: "Sabah" uğursuz seriyanı davam etdirir

  Bölmə: Ölkə futbolu | 339 | 21:08 21-09-2019
Azərbaycan Premyer Liqası: "Sabah" uğursuz seriyanı davam etdirir

Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna start verilib.

Turun açılış matçında “Sumqayıt” klubu “Sabah” komandasını qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 34-cü dəqiqəsində Sərdar Taşkın olub.

Bu qələbə sayəsində “Sumqayıt” klubu xal ehtiyatını 6-ya çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib.“Sabah” isə 2 xalla sonuncu səkkizinci yerdədir.

 


Digər xəbərlər