İlin ən yaxşı baş məşqçisi adı açıqlanıb

  Bölmə: Maqazin | 739 | 11:04 24-09-2019
İlin ən yaxşı baş məşqçisi adı açıqlanıb

Sentyabrın 23-də Milan şəhərində “Best FIFA Football Awards 2019” çərçivəsində ilin ən yaxşı baş məşqçisi açıqlanıb.

FIFA versiyası üzrə bu ada İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yürgen Klopp layiq görülüb.

FIFA-nın “ən yaxşı məşqçi” mükafatına iki ingilis klubunun çalışdırıcıları Pep Qvardiola (“Mançester Siti”) və Maurisio Poçettinonu (“Tottenhem”) iddia edirdilər. Y.Klopp 2015-ci ildən “Liverpul” klubunu çalışdırır. O, klub ilə 2016-cı ildə UEFA Çempionlar Liqasının finalçısı, 2018-ci ildə isə qalibi olub. Almaniyalı məşqçi, həmçinin “Borussiya Dortmunt” və “Maynz” klublarında çalışıb.


Digər xəbərlər