AFFA Həmkarlar İttifaqı növbəti iclasını keçirib

  Bölmə: Ölkə futbolu | 695 | 12:38 27-09-2019
AFFA Həmkarlar İttifaqı növbəti iclasını keçirib

Nazim Süleymanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqı  komitə üzvləri ilə növbəti iclasını keçirib.

İclasda təşkilatın rəhbəri Nazim Süleymanov olmaqla idarə heyətinin üzvlərindən Naib Abdulla, İman Həsənov, Əfqan Talıbov, Səmədağa Şıxlarov, Ramin Allahverdiyev, Anar Xanlarov, Babək Alxasov, Novruz Əzimov, Asəf Namazov və Əfqan Həmzəyev iştirak edib.

Bundan başqa millimizin sabiq üzvləri Elvin Əliyevlə Ramazan Abbasov da iclasda qonaq qismində iştirak edib. İclasın ilk hissəsində Əliyevlə Abbasova təşkilatın yaranma səbəbi strategiyası amalı və yerinə yetirəcəyi missiyası ilə bağlı məlumat verilib. Daha sonra təşkilatla bağlı ürək sözlərini bildirən hər iki sabiq milli üzvü könüllü olaraq təşkilata üzv yazılıblar.

İclasın ikinci hissəsində isə yalnız idarə heyətinin üzvləri iştirak edib və gələcəklə bağlı növbəti planları müzakirə ediblər. Bundan başqa konkret addımlarla bağlı da müəyyən müzakirələr aparılıb və vacib qərarlar qəbul olunub. Eyni zamanda belə qərar qəbul olunub ki, oktyabr ayından etibarən ay ərzində minimum 2 dəfə bir araya gəlib görülən və gələcəkdə görüləcək işlər hesabatlı şəkildə müzakirə edilsin.


Digər xəbərlər