İki atletimiz dünya çempionatının final mərhələsinə yüksəlib

  Bölmə: Olimpiya Növləri | 762 | 06:29 28-09-2019
İki atletimiz dünya çempionatının final mərhələsinə yüksəlib

Sentyabrın 27-də Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatına start verilib.

Mundialın birinci günüdə atletimiz Anna Skidan cəkicatma növündə 73,32 metr nəticə göstərərək finala yüksəlib.

Aleksis Kopello təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Atletimiz bu nəticə ilə adını finala yazdırıb.

Nazim Babayevin isə çıxışı uğursuz olub. O, 16,65 metr nəticə göstərərək 19-cu olub və finala vəsiqə qazana bilməyib.

Dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edirlər. Qeyd edək ki, marafonda iştirak edən digər təmsilçimiz Evans Kiplaqat isə oktyabrın 5-də mübarizəyə başlayacaq.


Digər xəbərlər