"Qarabağ" ölkə çempionatında 6-cı qələbəsini qazanıb

  Bölmə: Ölkə futbolu | 1176 | 06:35 28-09-2019
"Qarabağ" ölkə çempionatında 6-cı qələbəsini qazanıb

 Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-ci turana start verilib.

Həftənin açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın ilk yarısı meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 45-ci dəqiqədə Dani Kintana fərqlənib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Mahir Emreli vurub 2:0. Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan "Qarabağ" xalını 18-ə çatdırıb və 100 faizlik nəticə ilə liderliyini bir qədər də möhkəmləndirib.

"Sumqayıt" isə 6 xalla 5-ci yerdədir.

Qeyd edək ki, turun qalan 3 oyununda "Qəbələ" "Neftçi"ni, "Sabah" "Səbail"i, "Keşlə" isə “Zirə”ni qəbul edəcək.


Digər xəbərlər