Bu qara ləkəli tarixi "Neftçi" rəhbərliyi yazdı-YAZI

  Bölmə: Ölkə futbolu | 1341 | 23:10 28-09-2019
Bu qara ləkəli tarixi "Neftçi" rəhbərliyi yazdı-YAZI

Azərbaycan futbolu inkişaf etməsə də, Azərbaycanda futbol azarkeşliyi sürətlə inkişaf etməkdədir. Bu fikirlər nə qədər biri - birinə zidd olsa da, Azərbaycan reallığı bunun həqiqət olduğunu isbatlayır. Sual yarana bilər ki, futbol yoxdursa, azarkeş necə olur?

Bəli, haqlı sualdır. Amma bu gün "Forza Neftçi" azarkeşləri bir daha həmin suala cavab verdi. Təsəvvür edin ki, "Neftçi" səfərdə "Qəbələ" üzərində böyük hesablı qələbə qazanır və doğma klubları hər qol vurduqca onlar sevinmək əvəzinə hər qola "istefa" şüarı ilə reaksiya verirlər. Bu Azərbaycan futbolu tarixinə qara hərflərlə yazılan yeni tarix oldu. Bu qara ləkəli tarixi "Neftçi" rəhbərliyi yazdı. Bakı klubunun bir çox məğlub olduğu oyunlardan sonra azarkeşlərin alqışını görmüşdük. Amma hələ indiyə qədər hava, su kimi lazım olan 3 xallıq,3 qolluq nəticədən sonra "Nefçi" yə qarşı "istefa" şüarları olmamışdı. Bəli, məğlub olanda sizi alqışlayan azarkeşlərin istefa tələbini də qəbul edin, bəylər. Onlar hər zaman Azərbaycan futbol tarixinin yadigarı "Neftçi" nin adına sadiq olaraq, doğma klublarının yanındadılar. Kamran Quliyevin, Ceyhun Sultanovun, Roberto Bordinin "Neftçi" sinin yanında yox! Elə bunu sübut etmək üçün Bakıdan Qəbələyə getmişdilər. Onlara belə qələbə lazım deyil. Çünki yaxşı başa düşürlər ki, belə qalibiyyətlərlə onları aldadıb, sevindirmək istəyən Bordin və rəhbərlik sonda onları çempionluq sevincindən məhrum edəcəklər. "Neftçi" azarkeşlərinin artıq bir istəyi var, çempion olmaq. Bu da artıq real görünmür. Çempionatda hamının əvvəlcədən 3 xal alacaq düşüncəsi ilə meydana çıxan yarımcan "Qəbələ" üzərində qələbə qazanıb, "Keşlə" ni, "Sabah" ı doğma meydanda yenə bilməyib, 6 oyuna 18 xal toplayan, rəqib tanımayan "Qarabağ" qarşısında boyun əyməklə çətin ki bu mövsüm çempion ola. Çempionluq bəxş edə bilmirsiz, heç olmasa bu zavallı azarkeşlərin istəyini yerinə yetirib, "istefa" verib, onları sevindirin.

Ramin Təyyaroğlu


Digər xəbərlər