Cüdo millimiz dünya birinciliyində tarix yazdı

  Bölmə: Cüdo | 368 | 20:40 29-09-2019
Cüdo millimiz dünya birinciliyində tarix yazdı

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan idmançıları üçün əlamətdar olub.

Millimiz tarixdə ilk dəfə dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. Səkkizdəbir finalda Çinin Taybey komandasına, dörddəbir finalda isə Avstraliya yığmasına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb. Həlledici qarşılaşmada Yaponiya cüdoçularına uduzan milli komandamız dünya birinciliyində ikinci yeri tutub.


Digər xəbərlər