"Sabah" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb

  Bölmə: Ölkə futbolu | 281 | 22:08 29-09-2019
"Sabah" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-ci turun növbəti oyunu keçirilib.

Turun üçüncü matçında "Sabah" öz meydanında “Səbail" komandasını qəbul edib. "Bank Respublika Arena"da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb 3:0. Hesabı 78-ci dəqiqədə Coşqun Diniyev açıb. İkinci qolu 85-ci dəqiqədə Cavid İmamverdiyev vurub. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Şakir Seyidov qoyub.

Cari çempionatda ilk qələbəsini qazanan "Sabah" xalını 5-ə çatdıraraq sonuncu yerdən uzaqlaşıb. "Səbail" isə 10 xalla ikinci pillədə qalıb.

Xatırladaq ki, həftənin ilk iki matçında "Qarabağ" "Sumqayıt"ı məğlub edib (2:0), "Qəbələ" isə öz meydançasında "Neftçi"yə böyük hesabla uduzub (0:3).

Tura  "Keşlə" - "Zirə" oyunu ilə yekun vurulub.

"Keşlə" 2:0 hesabı ilə qalib gəlib. 


Digər xəbərlər