"Qarabağ" ın Avropa Liqasındakı rəqibi qələbə qazanıb

  Bölmə: Xarici futbol | 242 | 09:51 30-09-2019
"Qarabağ" ın Avropa Liqasındakı rəqibi qələbə qazanıb

Sentyabrın 29-da futbol üzrə İspaniya La Liqasının 7-ci turuna yekun vurulub.

Turun sonuncu görüşü “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” və “Real Sosyedad” komandaları arasında oynanılıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Sevilyalıların heyətində Nolito, Lukas Okampos, Franko Vasqez, qonaqların isə Mikel Oyarzabal və Portu fərqləniblər. Sevilya bu qələbədən sonra xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlində “Real Sosyedad” ilə beşinci və altıncı yerləri bölüşürlər.

Növbəti turda “Sevilya” səfərdə “Barselona”, “Real Sosyedad” isə evdə “Xetafe” ilə qarşılaşacaq.

Turnir cədvəlinə aktivində 15 xalı olan “Real Madrid” klubu başçılıq edir. On dörd xalları olan “Qranada” və “Atletiko Madrid” ikinci və üçüncü yerdədirlər.

“Barselona” isə 13 toplayaraq dördüncü yerdə qərarlaşıb. İspaniya La Liqasının növbəti turunun oyunları oktyabrın 4-5 və 6-da keçiriləcək.


Digər xəbərlər