Nazim Süleymanov: "Amma bəzi insanlar barəmizdə deyirlər ki,.."

  Bölmə: Ölkə futbolu | 435 | 17:06 30-09-2019
Nazim Süleymanov: "Amma bəzi insanlar barəmizdə deyirlər ki,.."

Bugünlərdə yaradılan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının sədri, futbol veteranı Nazim Süleymanov Qol.az saytına müsahibə verib. OLİMPSPORT həmin müsahibəni oxuculara təqdim edir. 

AFFA bəyanat yayaraq sizin təşkilatı tanımadığını açıqladı. Bundan sonra sizinlə hər hansı bir görüş və ya söhbət olubmu? Bu məsələ nə yerdə qalıb?

- Təşkilat olaraq AFFA ilə birinci və sonuncu görüşümüz baş katib Elxan Məmmədovun istəyi ilə, təşəbbüs qrupunun 12 nəfər üzvünsün iştirakı ilə iyunun 12-də keçirilib. Siz yəqin ki, ayrı-ayrı detallarla mətbuatdan tanış olmusunuz. O ki qaldı məsələnin nə yerdə olmasına, biz təşkilatımızın quruculuğu ilə məşğuluq.

- Azad Həmkarlar İttifaqı hansı yöndə işlər görür, planlarınız nədir?

- Hazırda Azad Həmkarlar İttifaqı qeydiyyat məsələləri ilə bağlı aidiyyatı qurumlarla müzakirələr aparır. Planımız təşkilatın əhatə dairəsini genişləndirməkdir. Nəticədə Respubilkada futbolun inkişafına nail olmaq, futbola canı yanan hər bir mütəxəssisin bilik və bacarıqlarından yararlanmaqdır. “Futbol adamı Səmədağa Şıxlarov həndbolda işləyir. Elxan müəllim dedi ki, bizlərə ayıb olsun”

Bu təşkilata bəzi futbol veteranlarının münasibəti birmənalı olmadı, sizi qınayanlar da tapıldı.


Digər xəbərlər