Nazim Süleymanov Hacı Əliyevə qarşı olunan haqsızlıqdan danışdı

  Bölmə: Maqazin | 946 | 01:00 03-10-2019
Nazim Süleymanov Hacı Əliyevə qarşı olunan haqsızlıqdan danışdı

Oktyabr ayının 2-də üçqat dünya, üçqat Avropa çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev ölkəmizin məşhur veteran futbolçularından biri olan Nazim Süleymanovla OLİMPSPORT güləş evində bir araya gəliblər. 

10 yaşını güləş evində qeyd edən OLİMPSPORT İdman Klubunun balaca pəhləvanı Allahverdi Məhəmmədin arzusu ilə mərasimə dəvət olunanlar arasında "Xəzər" televiziya kanalının əməkdaşları Sənan Abdullayev və Anar Əsədov da yer alıb.

 Səmimi çay süfrəsi arxasında keçirilən mərasimdə Nazim Süleymanov son dünya çempionatında Hacı Əliyevə qarşı olunan haqsızlıqdan pərişan olduğunu dilə gətirib. Nazim müəllim Hacı Əliyevə öz idman təcrübəsindən dəyərli tövsiyələrini verərək futbolda da belə haqsızlıqların olduğunu bildirib. Amma bütün çətinliklərə baxmayaraq təcrübəli mütəxəssis  Hacı Əliyevin olimpiadaya lisenziya qazanacağına inandığını vurğulayıb.

Hacı Əliyev güləşə belə dəyər verib onların çıxışlarını izlədiyinə görə veteran futbolçuya dərin minnətdarlığını bildirib. Fürsətdən istifadə edərək Nazim Süleymanov onun haqqında dərc olunan imzalı kitabını Hacı Əliyevə hədiyyə edib. 

Xatırladaq ki,  Hacı Əliyev də öz növbəsində şəxsi güləş geyimini 10 yaşını qeyd edən səbəbkar Məhəmmədə hədiyyə edib. 


Digər xəbərlər