"Dudelanj"-"Qarabağ" matçı yarımçıq dayandırılıb

  Bölmə: Ölkə futbolu | 244 | 23:59 03-10-2019
"Dudelanj"-"Qarabağ" matçı yarımçıq dayandırılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci oyununda səfərdə Luksemburq təmsilçisi "Dudelanj" la qarşılaşan Ağdamın "Qarabağ" klubuna qarşı təxribat törədilib.

Belə ki, oyunun birinci hissəsinin 30-cu dəqiqəsində "Qarabağ"  2:0 hesabı ilə irəlidə olarkən meydançanın üzərindən havada dron aparatı ilə  qondarma "Dağlıq Qarabağ ”  bayrağı dalğalandırılıb. Bu zaman görüş hakim tərəfindən dayandırılıb. Ağdamlı futbolçularımız təxribata şiddətlə reaksiya veriblər. Uzun fasilədən sonra 30-cu dəqiqədə oyun bərpa olunub.


Digər xəbərlər