"Qarabağ" ın rəqibi "Sevilya" qələbə qazanıb və qrupun vahid lideri olub

  Bölmə: Xarici futbol | 371 | 07:43 04-10-2019
"Qarabağ" ın rəqibi "Sevilya" qələbə qazanıb və qrupun vahid lideri olub

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan “Sevilya” ilə Kiprin APOEL komandası qarşılaşıb.

Görüş “Sevilya” klubunun minimal hesablı qələbəsi ilə başa çatıb (1:0).

Oyunda yeganə qolun müəllifi Xavyer Hernandes olub. Bu “A” qrupunda “Sevilya”nin ikinci qələbəsdir.

Altı xal toplayan ispanlar turnir cədvəlində birinci yerdədirlər. Aktivlərində üç xalı olan “Qarabağ” və “Dudelanj” ikinci və üçüncü yerləri bölüşürlər. Xalı olmayan APOEL isə dördüncü yerdə qərarlaşıb.


Digər xəbərlər