"Qarabağ" ın oyununda təxribat törədənlər məlum olub

  Bölmə: Ölkə futbolu | 870 | 11:18 04-10-2019
"Qarabağ" ın oyununda təxribat törədənlər məlum olub

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədən şəxslər müəyyənləşib.

OLİMPSPORT “Qafqazinfo”ya istinadən xəbər verir ki, təxribatı Ermənistanın “First Armenian Front” fan klubu törədib. Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırılmasına nail olmaq imiş.

Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib.

Xatırladaq ki, “Düdelanj” – “Qarabağ” matçının 31-ci dəqiqəsində Ağdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin “bayrağ”ı uçurulub. Buna görə görüşdə fasilə yaranıb. Bərpa olunan matç isə “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər