İmişlidə ilk dəfə olaraq futbol üzrə həmkarlar təşkilatı təsis olunub

  Bölmə: Ölkə futbolu | 748 | 11:35 04-10-2019
İmişlidə ilk dəfə olaraq futbol üzrə həmkarlar təşkilatı təsis olunub

AFFA Həmkarlar İttifaqı(AFFA Hİ) bölgələrə səfər proqramına uyğun fəaliyyətini davam etdirir.

Oktyabrın 3-də AFFA Hİ-nin sədri Nazim Süleymanov öz  həmkarları Samir Ələkbərov, Naib Abdulla və Ramin Allahverdiyevlə birgə əvvəlcə Beyləqanda bir qrup futbol adamları ilə görüşüblər. Təşkilatın sədri Nazim Süleymanov öz fəaliyyətləri barədə görüş iştirakçılarına məlumat verib. Onlar da öz növbəsində qonaqların fəaliyyətini dəstəkləyərək Beyləqanda yerli həmkarlar təşkilatı yaratmaq istədiklərini bildiriblər.

Həmin gün İmişlidə yerli futbol ailəsi ilə görüş keçirən AFFA Hİ eyni zamanda İmişlidə yaranan yerli həmkarlar təşkilatının təsis iclasını da müşayiət ediblər. Beləliklə ilk dəfə olaraq İmişlidə futbol üzrə həmkarlar təşkilatı təsis olunub və Ramiz Qarayev sədr seçilib.


Digər xəbərlər