Azərbaycan Premyer Liqası: "Neftçi" öz meydanında "Səbail" i məğlub edib

  Bölmə: Ölkə futbolu | 235 | 00:07 06-10-2019
Azərbaycan Premyer Liqası: "Neftçi" öz meydanında "Səbail" i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.

Turun ikinci matçında “Neftçi” komandası “Səbail”i qəbul edib.

“Bakcell Arena”da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 41-ci dəqiqəsində Stiven Monroz künc zərbəsindən sonra başla fərqlənib. Bundan 3 dəqiqə sonra isə Anton Krivotsyuk eyni ssenari ilə topu qapıdan keçirib. Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ağabala Ramazanov qoyub - 2:1.

Bu qələbədən sonra xalını 11-ə çatdıran "Neftçi" "Keşlə" ilə "üçlüy"ü qapayır. Bu komandalar lider "Qarabağ"dan 7 xal geri qalırlar. Hesabında 10 xal olan "Səbail" isə 4-cü pilləyə düşüb.

Qeyd edək ki, həftənin açılış matçında "Sumqayıt" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.


Digər xəbərlər