Azərbaycan Premyer Liqası : "Qarabağ" heç bir rəqibinə xal vermədən liderliyini qoruyur

  Bölmə: Ölkə futbolu | 184 | 23:01 06-10-2019
Azərbaycan Premyer Liqası : "Qarabağ" heç bir rəqibinə xal vermədən liderliyini qoruyur

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Yedinci turun son matçında “Qarabağ” “Sabah”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində ilk qolu Maqaye Qeye 17-ci dəqiqədə vurub. Matçın 51-ci dəqiqəsində isə Abbas Hüseynov topu rəqib qapısından keçirib. Qarşılaşmanın 79-cu dəqiqəsində “Sabah”ın heyətində Bəhlul Mustafazadə qırmızı vərəqə alıb. Ardıcıl 7-ci qələbəsini qazanan “Qarabağ” 21 xalla liderliyini daha da möhkəmləndirib. “Sabah” isə 5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçlarında “Sumqayıt” evdə “Keşlə” ilə (0:0), “Zirə” isə “Qəbələ” ilə heç-heçə (1:1) edib. “Neftçi” isə “Səbail”i minimal hesabla (2:1) üstələyib.


Digər xəbərlər