İtaliya A Seriyası: "İnter" in qələbə seriyasına son qoyuldu"

  Bölmə: Xarici futbol | 339 | 08:42 07-10-2019
İtaliya A Seriyası: "İnter" in qələbə seriyasına son qoyuldu"

Oktyabrın 6-da futbol üzrə İtaliya A Seriyasının 7-ci turunun mərkəzi qarşılaması keçirilib.

Turun mərkəzi qarşılaşması “Guzeppe Meazza” stadionunda reallaşıb. Son çempion “Yuventus” səfərdə “İnter” klubunun qonağı olub. Görüş “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turinlilərin heyətində Paolo Dibala (4) və Qonsalo Hiquain (80), Milan təmsilçilərin isə Lautaro Martinez (18) fərqləniblər. Bu “İnter” klubunun cari mövsüm ərzində ilk məğlubiyyətidir.

Belə ki, “nerdzura” 6 oyunun hamısın qələbə ilə başa vurub. Bu qələbədən sonra “Yuventus” xalların sayını 19-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “İnter” isə bir xal az topalayaraq ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər