"Qarabağ" ın rəqibini "Barselona" darmadağın edib

  Bölmə: Xarici futbol | 318 | 08:46 07-10-2019
"Qarabağ" ın rəqibini "Barselona" darmadağın edib

Oktyabrın 6-da futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib.

Turun sonuncu görüşü “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” və son çempion “Barselona” komandaları arasında oynanılıb.

Görüş “Baraelona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya təmsilçisinin heyətində Luis Suares, Arturo Vidal, Osman Dembele və Lionel Messi fərqləniblər. Bu qələbədən sonra xalların sayını 16-ya çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 13 xalla 6-cı yerdə qərarlaşıb.


Digər xəbərlər