Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə görüşüb

  Bölmə: Ölkə futbolu | 168 | 07:17 09-10-2019
Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə görüşüb

 Oktyabrın 8-də İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FİFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FİFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FİFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak ediblər.


Digər xəbərlər