Azərbaycanlı hakim "Avro-2020" nin seçmə mərhələsi matçına təyinat alıb

  Bölmə: Ölkə futbolu | 157 | 17:12 09-10-2019
Azərbaycanlı hakim "Avro-2020" nin seçmə mərhələsi matçına təyinat alıb

Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Farer adaları–Rumıniya oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Farer adaları–Rumıniya oyunu oktyabrın 12-də Torşava şəhərində keçiriləcək.


Digər xəbərlər