Futbol üzrə milli komandamız növbəti biabırçı məğlubiyyətlə üzləşib

  Bölmə: Ölkə futbolu | 316 | 07:17 11-10-2019
Futbol üzrə milli komandamız növbəti biabırçı məğlubiyyətlə üzləşib

Oktyabrın 10-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Milan Obradoviçin komandası səfərdə Fransa yığması ilə qarşılaşıb “Stade de l'Epopee”də keçirilən matçda yığmamız uduzub - 0:5.

Qeyd edək ki, millimiz bundan əvvəl Lixtenşteynə (0:1) və Gürcüstana (0:3) uduzub, Slovakiyaya (2:1) qalib gəlib.

10 oktyabr 23:00. Fransa – Azərbaycan - 5:0

Qollar: Eduard, 2, 36, Zaqadu, 40, Auar, 52, Nordin, 76

Baş hakim: Antoniu Nobre (Portuqaliya)


Digər xəbərlər