Milli komandanın sabiq həkimi: "Niyə özünüzü ortalığa AFFA-nın vəkili kimi atmısınız?

  Bölmə: Ölkə futbolu | 907 | 10:59 11-10-2019
Milli komandanın sabiq həkimi: "Niyə özünüzü ortalığa AFFA-nın vəkili kimi atmısınız?

AFFA Həmkarlar İttifaqının ( AFFAHİ ) fəal üzvlərindən biri olan, vaxtilə futbol üzrə milli komandamızın həkimi vəzifəsində çalışmış Naib Abdulla öz feysbuk səhifəsində bu dəfə Azərbaycan Futbol Veteranları İttifaqını hədəfə alıb. Naib Abdullanın fikirlərini olduğu kimi oxuculara təqdim edirik. 

 Naib Abdulla: "Bu yazını paylaşmaqda məqsədim odur ki,maraqlanan futbol camiyəsinin insanlarına aydın olsun ki, Həmkarlar İttifaqı nədir,nə işlərlə məşgul olur? Veteranlar İttifaqı nədir və nə işlərlə məşğul olur ,yaxud olmalıdır? 11 sentiyabır 2019-cu ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Həmkarlar İttifaqı təsis konfransı keçirdi və ilk dəfə olaraq Azərbaycanın futbol tarixində Həmkarlar İttifaqı təsis olundu.Təşkilatın sədri tanınmış futbol mütəxəsisi Nazim Süleymanov seçildi. Hələ təşkilatın təsis konfransına hazırlıq işləri başlayandan bu günə kimi, Azərbaycan Futbol Veteranları İttifaqı Həmkarlar İttifaqının yaranmasına və fəaliyyət göstərməsinə mane olmaq üçün bütün vasitələrdən istifadə etməkdə davam edir. 09 .10.2019-cu ildə yenə də bir qrup veteran futbolçu yığışaraq hərcayı-hərcayı savadsız fikirlərini bəzi sayıtlara ifraz edib, özlərini gülüş vəziyyətə salıblar. Yığışan veteranlardan Kazbek Tuayev,Çingiz İsmayılov,Ramiz Məmmədov Azərbaycan Futbol Veteranlarının sədri Oqtay Abdullayevin şərəfinə bəzi sağlıqları dedikdən sonra dağılışıblar. Qərara alıblar ki, heç olmasa ayda bir dəfə yığışıb bu ənənəni davam etdirsinlər. Allah hamısının canına sağlıq versin,amma biz Həmkarlar İttifaqı olaraq başqa işlərlə məşğul olmaq istəyirik. Məqsədimiz Azərbaycan Futbolunun bütün sferalarında çalışan,çalışmış insanların iqtisadi sosial hüquqlarının müdafiəsi ilə məşğul olmaq və həm də Azərbaycan futbolunun inkişafına nail olmaqdır. Çünki Həmkarlar İttifaqı yeganə təşkilatdır ki, üzvlərinin pozulmuş hüquqlarını qanuni yolla müdafiə etməyə borcludur. Həmkarlar İttifaqında yalnız futbolçular deyil, hakim də,həkim də,inzibatçı da, sürücü də,xadimə də,məşqiçi də və s.bir sözlə futbol qurumlarında çalışan,çalışmış hər kəs təmsil olunur. Amma AFFA Hİ fəaliyyətə başlayar-başlamaz Azərbaycan Futbol Veteranları İttifaqı daş atıb başını tutub ki,ay haray bunlar bizim əleyhimizə yaranıb. İndi mən sual edirəm 16 ilə yaxın bir müddətdə futbol təsərrüfatında ayrı-ayrı klublarda həkim kimi fəaliyyət göstərmişəm, mənim futbol veteranlarına nə dəxlim var? Niyə imkan vermirsiniz ki,hüquqlarımızı müdafiə edək? Niyə mən deməməliyəm ki,ay AFFA-nın rəhbərliyi müqavilə müddətim 2018-ci ilin mart ayında bitirdi 2017-ci ilin dekabırda məni təzminatsız yola salmısan? Bunun üçün Oqtay Abdullayevdən ya Kazbek Tuayevdən icazə almalıyam?İndi ağzıgöyçəklərin biri, bildi bilmədi durub deyəcək ki verəydin məhkəməyə. Axı məsələ məhkəmə müstəvisinə çıxmazdan əvvəl bir həmkarlar təşkilatı olar öz münasibətin göstərər həll edə bilməzsə üzvünün haqqını məhkəmə müstəvisində həll etməyə çalışar. İndi qanundan xəbəri olan da, olmayan da bir quru lazımsız "təsübkeşlik" nümayiş etdirib düşüb ortalığa ki, mən Oqtayı hamıdan çox istəyirəm. Ay qardaşlar kim Oqtay Abdullayevi nə qədər çox,ya az istəyir özü bilər, biz öz pozulmuş haqq və hüquqlarımızın bərpası və müdafiə olunması ilə məşğuluq, bunun üçün heç kəsdən icazə almağa borclu deyilik. Niyə keçirdiyiniz iclasda bir adam soruşmur ki,Həmkarlar İttifaqının Azərbaycan Futbol Veteranları İttifaqına nə dəxli var? Niyə özünüzü ortalığa AFFA-nın vəkili kimi atmısınız? Həmkarlar İttifaqının üzvü olan bütün veteran futbolçular Veteranlar İttifaqının üzvüdür,belə isə nədən Veteranlar İttifaqında olan futbolçular AFFA Həmkarlar İttifaqının üzvü olmaq istəmirlər?  Səbəb nədir?"


Digər xəbərlər