"Avro-2020" nin seçmə mərhələsi: Dünya çempionu Fransa yenə Türkiyə ilə bacarmadı-Ukrayna Avropa çempionatında!

  Bölmə: Xarici futbol | 651 | 09:02 15-10-2019
"Avro-2020" nin seçmə mərhələsi: Dünya çempionu Fransa yenə Türkiyə ilə bacarmadı-Ukrayna Avropa çempionatında!

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi üzrə səkkizinci turun növbəti oyunları keçirilib.

Turun ən böyük hesabı A qrupunda yer alan Bolqarıstan və İngiltərə oyununda qeydə alınıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 0:6.

Ukrayna millisi isə öz meydanında Portuqaliya yığmasını 2:1 hesabı ilə məğlub edərək B qrupunun lideri kimi vaxtından əvvəl 2020-ci il Avropa çempionatına vəsiqə qazanıb.

Günün 7 qarşılaşmasında aşağıdakı hesablar qeydə alınıb:

“A” qrupu:

Bolqarıstan - İngiltərə - 0:6;

Kosovo - Monteneqro - 2:0.

“B” qrupu:

Litva – Serbiya - 1:2;

Ukrayna – Portuqaliya - 2:1.

“H” qrupu:

Fransa - Türkiyə - 1:1;

İslandiya – Andorra - 2:0;

Moldova - Albaniya - 0:4.


Digər xəbərlər