Çeçenistanda keçirilən beynəlxalq yarışda Azərbaycanı 4 güləş hakimi təmsil edir

  Bölmə: Güləş | 497 | 21:16 17-10-2019
Çeçenistanda keçirilən beynəlxalq yarışda Azərbaycanı 4 güləş hakimi təmsil edir

Sabah Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə Əhməd Kadırovun xatirə turniri start götürəcək.

Üç gün davam edəcək ənənəvi yarışda beynəlxalq kateqoriyalı hakimlərimiz Zaur Şərifov, Kamran Əliyev və Əli Babayev ədaləti qoruyacaq. Olimpiya kateqoriyalı hakimimiz Hicran Şərifov isə UWW tərəfindən Memoriala rəhbərlik edəcək. Bu gün baş tutan hakimlərin seminarına da həmyerlimiz başçılıq edib.


Digər xəbərlər