Azərbaycan Premyer Liqası: Nəhayət ki, "Qarabağ" xal itirdi

  Bölmə: Ölkə futbolu | 516 | 22:49 19-10-2019
Azərbaycan Premyer Liqası: Nəhayət ki, "Qarabağ" xal itirdi

Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna “Qəbələ”-“Qarabağ” oyunu ilə start verilib.

Qəbələ şəhər stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Matçın 3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev hesabı açıb. Altı dəqiqə sonra İsmayıl İbrahimli hesaba tarazlıq gətirib.

Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsində qapılara top vurulmayıb.

Beləliklə, “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib – 1:1.

 


Digər xəbərlər