Azərbaycan Premyer Liqasının 8-ci turu başa çatıb

  Bölmə: Ölkə futbolu | 520 | 07:22 21-10-2019
Azərbaycan Premyer Liqasının 8-ci turu başa çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub.

Turun son oyunu “ASCO Arena”da oynanılıb.

“Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.

“Sumqayıt” bu qələbə sayəsində xallarını 10-a çatdırıb və “Zirə”ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib. “Gənclik şəhəri” təmsilçisi eyni xala malik “Səbail”dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” “Qarabağ”la, “Keşlə” “Sabah”la heç-heçə edibsə, “Neftçi” “Zirə”yə böyük hesabla qalib gəlib - 3:0.


Digər xəbərlər