Naib Abdulla: "Niyə demirsiniz ki, Elxan Məmmədovun qorxusundan o təşkilatın üzvləri ilə qarşılaşmaga, salam verməyə qorxuruq?"

  Bölmə: Ölkə futbolu | 720 | 13:29 23-10-2019
Naib Abdulla: "Niyə demirsiniz ki, Elxan Məmmədovun qorxusundan o təşkilatın üzvləri ilə qarşılaşmaga, salam verməyə qorxuruq?"

Bu gün Azərbaycan futbolunun tanınmış simalarından biri olan Ağasəlim Mircavadovun anadan olmasının 72-ci payızı tamam olur.Bu münasibətlə onu təbrik edir, can sağlığı,könül rahatlığı,nəvə nəticə sevinci arzulayıram.Güman edirəm ki, Agasəlim müəllim haqqında haqq etdiyim bəzi məsələləri şərh etsəm heç də etikadan kənar olmaz.Mən Ağasəlim müəllimlə "Nefçi" klubunda bir yerdə çalışmışam .Həmin il yəni 2004/2005 -ci illər mövsümü ilində "Nefçi" komandası "Xəzər Lənkaran" komandası ilə Gəncə şəhərində keçirilən "Qızıl Oyun" dan sonra ölkə çempionu titulunu qazandı. Bu zaman mən "Nefçi" komandasının həkimi kimi fəaliyyət göstərirdim.

Agasəlim Mircavadovla bir müddət bir yerdə çalışdığım və sonrakı illərdə aramızda yaranmış səmimiyyət, deyəcəyim umacaqlar və tutacağım iradlar güman edirəm həqiqət olduğundan gərək ki, qəlbinə dəyməsin. "Nefçi" ölkə çempionu olduqdan sonra kollektivin bütün üzvləri bütövlükdə yüksək səviyyədə mükafatlandırıldılar,yeganə adam olaraq klubun həkimi kimi mənə bir manat belə verilmədi."Nefçi" klubu həmin il Moskva şəhərində keçirilən MDB ölkələrinin "Birlik Kuboku" nun da gümüş mükafatçısı oldu, yenə mən klubun həkimi kimi o zaman ögey münasibətlə qarşılaşdım. "Nefçi" klubunun nəticələrinə görə ölkə prezidenti İlham Əliyev komanda üzvlərini qəbul etdiyi halda yeganə komandanın həkimi olmağıma baxmayaraq masajisti prezidentlə görüşə apardılar mənə isə stop işarəsi qoydular .

Bir haşiyə çıxım. Çünki o zaman Nefçinin vitze- prezidenti Ramin Musayev idi. Ramin Musayev isə onun lovğa,yersiz kobud ifadələrinə hırıldamayan adamları sevmirdi. O adamlar sırasında mən birinci idim, bu səbəbdən aramızda münasibət pozulmuşdu. Klubun baş məşqiçisi Ağasəlim müəllim işimi layiqincə görsəm də, rəhbərə yarınmaq "sədaqət" göstərmək prinsipinə sadiq qaldı və məni dəyərləndirmədi. Bunlar azmış kimi məni "Nefçi" klubundan uzaqlaşdırmağa nail oldular.

Ağasəlim müəllim AFFA-da məşqiçilər komitəsinin üzvü olana qədər bekar vaxtlarında çox isti münasibətlərimiz olub.Təəssüflər olsun ki indi əlaqəmiz yoxdur. Hətta 6 ilə yaxın bir müddətdə milli komandanın aşağı yaş qruplarında həkim kimi çalışanda ara-sıra görüşərdik.İndi müsahibəsini oxuyuram deyir ki, gənc nəsil yaşlılardan nəsə öyrənməkdə maraqlı deyil. Mən isə demək istəyirəm ki, öyrənmək üçün, öyrəndiyin adamın səmimiyyəti,mərdliyi,ədaləti gərək olsun Agasəlim müəllim.

Başqa bir sual verilir ki, Agasəlim müəllim Nazim Süleymanovun rəhbərlik etdiyi Həmkarlar İttifaqına münasibətiniz necədir? Cavabı belə olur ki, gərək biz veteranlar bir olaq. Bir çox veteranların əlifi gılıf oxumasının şahidi olmuşam, indi də eyni cavabı Ağasəlim müəllimdən eşidirəm. A kişi! Həmkarlar İttifaqının Futbol Veteranları İttifaqına nə dəxli var? Futbol Veteranları İttifaqı ancaq futbolçuları özündə birləşdirən bir qurumdur.O qurumun hakimə, həkimə,sürücüyə,xadiməyə,inzibatçıya,və.s nə dəxli var? Amma Həmkarlar İttifaqı futbol ictimayyətində çalışan bütün zümrəni özündə birləşdirən bir ictimai təşkilatdır. Nə qədər özünüzü bilməzliyə qoyub deystruktiv işlərlə məşğul olacaqsınız? Niyə demirsiniz ki, Elxan Məmmədovun qorxusundan o təşkilatın üzvləri ilə qarşılaşmağa,salam verməyə qorxuruq?

Deyirsiniz sizi kimsə bu təşkilatın üzvü olmağa dəvət etməyib.Xüsusi dəvətmi gözləyirsiniz Ağasəlim müəllim? Bu təşkilatın sədri Nazim Süleymanov,yaxud digəri övladına xeyir iş görmür ki sizə xüsusi dəvvətnamə göndərsin. Bu təşkilat futbol ictimayyətində çalışan,çalışmış insanların sosial iqtisadi hüquqlarının qorunması ilə məşğul olan təşkilatdır. Sizin veteran 79 yaşlı veteran futbolçu Azərbaycan futbolunun 1 nömrəli düşməni kazbek tuayev bizə üzv olanları dolayısı ilə işdən çıxarmaqla hədələyir. Sizin veteranların son iclasında isə ünvanımıza "it hürər karvan keçər" məsəlini xatırladır. Siz kazbek kimi adamlarla Azərbaycan futbolunda hələ də nəsə eliyə biləcəyiniz fikrindəsiniz? Bu günə qədər AFFA-da olduğun müddətdə soruşdunuzmu ki, mənim də sağlıq durumumla məşğul olan bir həkim varıydı o indi hardadır? Niyə onu işindən kənarlaşdırmısınız? Günahı nə idi? Mən də sizin kimi prezident təqaüdçüsü,şöhrət ordenli ağsaqqaldan soruşuram. Aidiyatı olan şəxslərdən o cümlədən baş katib Elxan Məmmədovdan niyə soruşmursunuz ki, yerli mütəxəsislərə qarşı bu rəzalət nə vaxta qədər davam edəcək? Bu sorgu sualı etməyə sizə nə mane olur? Yaşınız,qorxaqlığınız , cürətiniz,asılılığınız,yaxud bizlərin özümüzü doğrultmamağımız? Siz beləmi birlik istəyirsiniz?Özünüzə lazım olanı əldə etdiniz işlər bitmiş hesab olunur. Budurmu sizin birliyiniz?

Naib Abdulla 


Digər xəbərlər