UEFA Avropa Liqasının üçüncü turu keçirilib

  Bölmə: Xarici futbol | 500 | 06:49 25-10-2019
UEFA Avropa Liqasının üçüncü turu keçirilib

Oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun daha 12 qarşılaşması keçirilib.

“Qarabağ”ın A qrupdakı rəqibi İspaniyanın “Sevilya” klubu öz meydanında Lüksemburqun “Düdelaj” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Sevilya” 9 xalla qrupda vahid liderdir. Aktivində 4 xalı olan “Qarabağ” ikinci, 3 xalla “Düdelanj” üçüncü, bir xalla APOEL isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, qrupda ilk iki pillədə qərarlaşan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Türkiyə təmsilçiləri üçüncü turda öz oyunlarını doğma meydanda keçiriblər. “Trabzonspor” Rusiyanın “Krasnodar” klubuna 0:2, “Beşiktaş” isə Portuqaliyanın “Braqa” komandasına 1:2 hesabı ilə uduzub. Yalnız “Başakşehir” Avstriyanın “Volfsberq” kollektivinə qalib gəlməyi bacarıb - 1:0.

Üçüncü turun bütün oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

A qrupu: “QARABAĞ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2;

“Sevilya” (İspaniya) - “Düdelanj” (Lüksemburq) - 3:0.

B qrupu:

“Dinamo Kiyev” (Ukrayna) – “Kopenhagen” (Danimarka) - 1:1;

“Malmö” (İsveç) – “Luqano” (İsveçrə) - 2:1.

C qrupu:

“Xetafe” (İspaniya) – “Bazel” (İsveçrə) - 0:1;

“Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 0:2.

D qrupu:

“Sportinq” (Portuqaliya) – “Rusenborq” (Norveç) - 1:0;

PSV (Hollandiya) - LASK (Avstriya) - 0:0.

E qrupu:

“Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) - 2:1;

“Renn” (Fransa) – “ÇFR Kluj” (Rumıniya) - 0:1.

F qrupu:

“Arsenal” (İngiltərə) – “Vitoriya” (Portuqaliya) - 3:2;

“Ayntraxt” (Almaniya) – “Standard” (Belçika) - 2:1

G qrupu:

“Portu” (Portuqaliya) – “Qlazqo Reyncers” (Şotlandiya) - 1:1;

“Yanq Boyz” (İsveçrə) – “Feyenoord” (Hollandiya) - 2:0.

H qrupu:

MOİK (Rusiya) – “Ferentsvaroş” (Macarıstan) - 0:1;

“Lüdoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) - 0:1.

I qrupu:

“Gent” (Belçika) – “Volfsburq” (Almaniya) - 2:2;

“Sent-Etyen” (Fransa) – “Aleksandriya” (Ukrayna) - 1:1.

J qrupu:

“Roma” (İtaliya) – “Borussiya Mönxenqladbax (Almaniya) - 1:1;

“Başakşehir” (Türkiyə) – “Volfsberq” (Avstriya) - 1:0.

K qrupu:

“Beşiktaş” (Türkiyə) – “Braqa” (Portuqaliya) - 1:2;

“Slovan” (Bratislava, Slovakiya) – “Vulverhempton” (İngiltərə) - 1:2.

L qrupu:

“Partizan” (Serbiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1;

“AZ Alkmar” (Hollandiya) – “Astana” (Qazaxıstan) - 6:0.


Digər xəbərlər