Futzalçılarımız dünya çempionatının elit raunduna vəsiqə qazanıb

  Bölmə: Digər növlər | 355 | 11:05 25-10-2019
Futzalçılarımız dünya çempionatının elit raunduna vəsiqə qazanıb

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.

Komandamız bu uğura çempionatın Bakıda təşkil olunan əsas mərhələsinin üçüncü qrupunda ardıcıl 2 qələbə qazanmaqla nail olub.

Millimiz Moldovaya 3:1, Monteneqroya isə 3:2 hesabı ilə qalib gəlib. Amma oktyabrın 26-da Slovakiya ilə keçiriləcək sonuncu qarşılaşma əhəmiyyətini itirməyib. Qrup qalibi olmaq üçün futzalçılarımıza mütləq qələbə qazanmaq lazımdır. Çünki elit-raundda qrupun tərkibini müəyyənləşdirmək baxımından əsas mərhələni hansı pillədə başa vurmaq həlledici rol oynayacaq.


Digər xəbərlər