Azərbaycan Premyer Liqası : " Sabah " yenə qələbə üzünə həsrət qaldı

  Bölmə: Ölkə futbolu | 842 | 21:32 26-10-2019
Azərbaycan Premyer Liqası : " Sabah " yenə qələbə üzünə həsrət qaldı

Oktyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının doqquzuncu turunun ikinci görüşündə “Sabah” komandası öz meydanında “Zirə”ni qəbul edib.

“Bank Respublika Arenda”da keçirilən oyuna qonaqlar daha fəal başlayıblar. Görüşün 22-ci dəqiqəsində “Zirə”nin yarımmüdafiəçisi Nicat Süleymanov hesabı açıb. Lakin meydan sahibləri cəmi altı dəqiqə sonra oyunda tarazlığı bərpa ediblər. Amadu Diallo çərçivəni dəqiq nişan alıb. Görüşün 44-cü dəqiqəsində Amadu Diallo komandasının və özünün ikinci qolunu vurub – 2:1. Birinci hissə elə bu hesabla başa çatıb. Matçın sonunda qonaqlar məğlubiyyətdən xilas ola biliblər. Nicat Süleymanov 88-ci dəqiqədə fərqlənib - 2:2. Qalan dəqiqələrdə hesab dəyişməyib.

Oktyabrın 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”–“Neftçi” oyunu saat 17:30-da başlayacaq.

Tura oktyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ”-“Səbail” oyunu ilə yekun vurulacaq.

Qarşılaşma saat 19:00-da start götürəcək. Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Səkkiz turdan sonra turnir cədvəlinə 22 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabında 15 xal olan “Keşlə” ikinci, 14 xal olan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Sumqayıt” (10), “Zirə” (9), “Sabah” (7) və “Qəbələ” (6) yer alıblar.


Digər xəbərlər