Futzal millimiz Slovakiya yığmasını məğlub edib

  Bölmə: Digər növlər | 350 | 05:38 27-10-2019
Futzal millimiz Slovakiya yığmasını məğlub edib

Oktyabrın 26-da Bakıda futzal üzrə dünya çempionatının əsas mərhələsinə yekun vurulub.

Üçüncü qrupun oyunları çərçivəsində millimiz Bakı İdman Sarayında Slovakiya komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan milli komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Bolinha və Vassoura fərqləniblər.

Qeyd edək ki, millimiz Moldova yığmasını 3:1, Monteneqronu isə 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.


Digər xəbərlər